73

Namizəd Yaxşıdır, Bəs Şirkətə Uyğundurmu? – Cultural Fit və Cultural Add-ın İşə Qəbulda Rolu

İşə qəbul zamanı bir çox işəgötürən namizədin təhsili, iş təcrübəsi və bacarıqlarına böyük önəm verir. Təbii ki, bu göstəricilər vacibdir və işdə uğur üçün əsas şərtlərdəndir. Amma iş dünyasında təkcə texniki bilik və bacarıq kifayət etmir. İşçinin şirkətin dəyərlərinə və iş mühitinə uyğunluğu da çox önəmlidir. Bu uyğunluğa “Cultural Fit” deyilir.

Cultural Fit anlayışı, sadə desək, bir insanın işləyəcəyi şirkətin daxili mədəniyyətinə, yəni oradakı iş prinsiplərinə, insanlara yanaşma tərzinə, əməkdaşlıq formasına və ümumi iş mühitinə nə dərəcədə uyğun olmasını ifadə edir. Hər bir şirkətin özünəməxsus mədəniyyəti, dəyərləri və iş tərzi olur. Ənənəvi korporasiyalardan tutmuş, kiçik və innovativ startaplara qədər hər yerdə bu mədəniyyət fərqlidir.

Məsələn, gəlin belə təsəvvür edək: Sakit və planlı işləməyi sevən bir şəxs, daim sürətli qərarlar verilən, çoxlu müzakirələrin olduğu, çevik və dəyişkən bir mühitə uyğunlaşmaqda çətinlik çəkə bilər. Bu, elədir ki, bir nəfər sakit evdə kitab oxumağı sevir, amma ona bir gün gürcü bir musiqi festivalına aparırlar. Orada isə enerji, səs-küy və sürətli hərəkət hər yerdədir. Təbii ki, həmin şəxs orada özünü yaxşı hiss etməyə bilər. Eyni iş həyatında da belədir. Hər kəsin işləmək üçün rahat olduğu “musiqi” fərqlidir.

Digər tərəfdən, çox açıq ünsiyyət və sərbəst əməkdaşlıq tələb edən bir komandada, ciddi qaydalar və hierarxiyanın üstünlük təşkil etdiyi bir mühitdə işləməyə alışmış şəxs özünü sıxılmış hiss edə bilər. Bu fərqliliklər səbəbindən, namizədin şirkətin mədəniyyətinə uyğunluğu vacib məsələdir.

İşəgötürənlər üçün Cultural Fit işçinin komandaya inteqrasiyasını, motivasiyasını və uzun müddət orada qalmasını təmin edir. Uyğunluq olmadığı halda isə əməkdaş tez yorulur, motivasiyasını itirir, komanda ilə anlaşılmazlıq yaşayır. Nəticədə həm işçinin performansı düşür, həm də şirkətin iş mühiti zədələnir.

Ancaq sadəcə uyğunluq deyil, son illərdə iş dünyasında yeni bir anlayış ortaya çıxıb – “Cultural Add”. Bu termin şirkət mədəniyyətinə tam uyğun olmaqdan daha fərqli bir yanaşmanı ifadə edir. Cultural Add o deməkdir ki, bir namizəd şirkətin mövcud mədəniyyətinə yeni, dəyərli və fərqli bir perspektiv, yeni fikirlər və yanaşmalar gətirə bilər. Yəni, sadəcə uyğunlaşmaq deyil, həm də komandanı zənginləşdirmək, inkişaf etdirmək, fərqli yanaşmalarla şirkətin dinamikasını artırmaqdır.

Məsələn, bir şirkətdə əsasən analitik düşüncə hakimdirsə, ora yaradıcı və innovativ fikirlərə sahib olan biri daxil olarsa, bu “cultural add” hesab olunur. Onun fərqli baxışı komandaya yeni fikirlər gətirə və problemləri başqa cür həll etməyə kömək edə bilər. Bu da şirkətin inkişafına müsbət təsir göstərir.

Əlbəttə, bu yanaşmanın da öz tələbləri var. Cultural Add olan insanın mövcud dəyərlərə hörmətlə yanaşması və komanda daxilində əməkdaşlıq ruhunu pozmaması vacibdir. Yəni fərqliliklər konfliktsiz, qarşılıqlı anlaşma və hörmət şəraitində olmalıdır.

Namizəd üçün də bu məsələ çox önəmlidir. İş mühitində özünü rahat hiss etmək, dəyərlərini paylaşan insanlarla işləmək motivasiyanı artırır. Əgər bir şəxs şirkətin mədəniyyətinə uyğun deyilsə, nə qədər yaxşı bacarıqları olsa da, stress yaşayacaq və işdə qalmamaq üçün səbəblər axtaracaq. Həmçinin, öz fərqliliklərini şirkətə qatmaq istəyən biri düzgün mədəniyyət seçərsə, həm özünü daha faydalı hiss edəcək, həm də şirkətin inkişafına töhfə verəcək.

İşəgötürənlər də bu məsələyə diqqət etməlidir. Yalnız texniki bilikləri yüksək olan, amma komanda ruhuna uyğun olmayan işçilər uzun müddət şirkətdə qala bilməz. Ən yaxşı işçi o işçidir ki, həm bacarıqlıdır, həm də iş yeri mədəniyyətinə tam uyğundur, yaxud komandaya yeni dəyər qatır.

Nəticədə, işə qəbul zamanı Cultural Fit və Cultural Add anlayışları şirkət və namizəd arasında sağlam, uzunmüddətli və məhsuldar əməkdaşlığın əsasını təşkil edir. Həm işəgötürənlər, həm də iş axtaranlar bu mövzuya ciddi yanaşmalı, iş yerinin dəyərlərini və iş tərzini yaxşı bilməli, özləri haqqında real və dürüst olmalıdırlar.

Bu yolla həm işçi özünə uyğun mühiti tapa bilər, həm də şirkət komandasında harmoniya və inkişaf təmin edilər.

  • Bizi izləyin:
  •  

Xəyalındakı işi umano.az ilə tap