-
Davamlı öyrənmə: HR-lər üçün ən yaxşı onlayn resurslar
23 Fev
-
Emosional Zəka (EQ) və İş Yerindəki Təsiri
23 Fev
-
Komanda Ruhunun Gücü: Birlikdə Uğura Gedən Yolda
19 Fev
-
Motivasiya və İnkişaf: Liderlər üçün İR Təlimləri
02 Fev
-
Liderlik bacarıqlarını gücləndirmək: İnsan Resursları ilə effektiv əməkdaşlıq
27 Yan
-
Çevik Layihə İdarəetməsi (Agile Project Management)
09 Yan
-
Çevik Audit (Agile Auditing) Master Class – Auditorlar üçün Yeni Dövr!
09 Yan
-
Satış və Müştəri Münasibətləri İdarəetməsi Təlimi
06 Yan
-
Gizli istedadları kəşf etmək: HR-lərin uğur sirri
25 Dek
-
Güclü şirkət mədəniyyəti yaratmaq üçün əsas strategiyalar
06 Dek
-
"Soft skills" təlimlərinin HR sahəsində rolu
29 Noy
-
Employee Engagement nədir və onu necə artırmaq olar?
29 Noy
-
Məlumat əsaslı HR (Data-Driven HR): Gələcəyin İnsan Resursları yanaşması
19 Noy
-
"Quiet Quitting" anlayışı və onun HR üçün nəticələri
19 Noy
-
Daxili ünsiyyət kanallarını effektiv şəkildə necə idarə etmək olar?
14 Noy
-
İş Yerində Effektiv Ünsiyyət Bacarıqları
28 Okt
-
Diversity və İnklüzivlik: Şirkət Mədəniyyətində Əhəmiyyəti
28 Okt
-
Məhsuldarlığın Artırılması: Zamanın Effektiv İdarə Olunması
13 Okt
-
İş Yerində Stressin İdarə Edilməsi
13 Okt
-
Ofis Ergonomikası və Sağlam İş Şəraiti
13 Okt
-
HR Texnologiyaları: İşə Qəbulda Süni İntellektin (AI) Rolu
13 Okt
-
Strukturlaşdırılmış Müsahibə: Obyektiv və Ədalətli Seçim Yolu
07 Okt
-
Müsahibədə Davranış Əsaslı Sualların Gücü
29 Sen
-
Əmək Münasibətlərində Etik Qaydalar və İşəgötürənin Öhdəlikləri
26 Sen
-
İşçilərin Təlim və İnkişaf Proqramlarının Əhəmiyyəti
26 Sen
-
HR-da Performans İdarəetməsi və Geri Bildirim Strategiyaları
21 Sen
-
HR Texnologiyaları: İşə Qəbul və İşçi İdarəetməsində Avtomatlaşdırmanın Rolu
21 Sen
-
Yeni İşçilər Üçün Effektiv Onboarding Prosesləri
17 Sen
-
İşçi Bağlılığı və Motivasiya Yolları
16 Sen
-
İşə Qəbulda Psixometrik Testlərin Rolu
13 Sen
-
İşəgötürənlərin namizəddə axtardığı ən yaxşı bacarıqlar və keyfiyyətlər
07 Sen
-
İş görüşməsində uğurlu olmağınız üçün 30 məsləhət
30 Avq
-
Dinamik iş rejimində çalışacağıqmı?
22 Avq
-
Ölkəmizdə Rəqəmsal İnqilab: Elektron İmza və Sima ilə Əmək Müqaviləsinin imzalanması
21 Avq
-
Müsahibədə Uğur Qazanmağın 5 Effektiv Yolu
13 Avq
-
Müsahibədən uğurla keçməməyin 3 Səbəbi
12 Avq
-
Onlayn iş görüşməsi üçün tövsiyələr
08 Avq
-
Müsahibə zamanı "Brain Clicker" suallarının düzgün cavablandırılması: İpuçları və Strategiyalar
30 İyl
-
Menecer yoxsa Lider: Fərqlər və Uğura gedən yolda rolları
30 İyl
-
Ədalət və Bərabərlik: Fərqlər və Önəmi ( Equity vs Equality)
29 İyl
-
İşə Qəbul Texnologiyasından İstifadə: İşə Qəbulda İnnovativ Həllər
23 İyl
-
İşə Qəbul Komandasını İdarə Etmək və Mentorluq: Uğurlu Liderliyin Əsasları
22 İyl
-
"KPİ & Grading" sisteminin qurulmasi - Online Master Klass
03 May
-
Ödənişsiz Vebinar - "CV sənədimizi necə hazırlayaq?"
"CV sənədimizi necə hazırlayaq?"
02 May
-
"Bakı Bulvarı" restoranında yay sezonu açıldı!
30 Apr
-
HR-lar üçün 1C təlimi
18 Apr
-
"ƏMAS ilə sərbəst işlə" təlimi
15 Apr
-
Ramazan bayramınız mübarək olsun!
10 Apr
-
İş yerlərinə sağlamlıq haqqında arayış verilməsi ilə bağlı yenilik!
09 Apr
-
ƏMAS altsistemində İşəgötürənlərə yeni xəbərdarlıq!
15 Mar
-
İşçilərin ezamiyyə qaydaları
13 Mar
-
Əsas əmək məzuniyyətinin müddəti
27 Fev
-
Yeni ildə 7 gün iş olmayacaq
13 Dek
-
Noyabrda 5 gün ardıcıl iş olmayacaq
04 Noy
Dinamik iş rejimində çalışacağıqmı?

Pərvanə Həsənova
Kadrlar üzrə böyük mütəxəssis
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Dünya üzrə müəssisələr daha uyğun iş məkanı imkanlarını dəyərləndirirlər. İstədiyiniz yerdə, zamanda və şəkildə işləmək imkanı hibrid işi bizneslər və onların işçiləri üçün cəlbedici edir. Hibrid iş mühiti modeli də ənənəvi versiyada olduğu kimi, işçilərin iş yerində çalışmasını nəzərdə tutur, lakin bu zaman onların hər gün ofisə getməsinə ehtiyac olmur. Pandemiyadan sonra bir sıra müəssisələr iş rejimlərində dəyişiklik edib hibrid iş rejimi ilə işləməyi sınadılar. Bəzi müəssisələrdə bu rejim əlverişli olsa da, çox şirkət bu şəraitdə işləməyi davam etdirə bilmədi. Daha sonralar bütün əməkdaşların deyil, bəzi əməkdaşların uzaqdan, yəni hibrid iş rejimində işləməsinə şərait yaradıldı, beləliklə hibrid iş rejimi qalıcı oldu.
Bu rejim əsasən İT, layihələr, analitika və s. sahədə çalışanlar, həmçinin təhsil alan və elmi iş müdafiə edən əməkdaşlar üçün əlverişli iş rejimi hesab olunur. Müəyyən işçilər üçün dinamik çalışma saatlarının planlaşdırılması ilə rəhbərlər öyrənmə və innovasiya üçün əlavə fürsət yaratmış olurlar. Bundan başqa, Y və Z nəslinin 52%-inin gələcək illərdə ənənəvi ofis modelini daha dinamik iş rejiminə dəyişəcəyi düşünülür.
Bəzən isə rəhbərlər məcbur olaraq, hibrid iş rejimində işçi ilə çalışmağa razı olurlar. Ən vacib kadrlar başqa şəhərlərdə, başqa ölkələrdə yaşayan əməkdaşlar ola bilir. Bir çox hallarda isə əməkdaşlar həftənin müəyyən günlərini evdən işləmək, qalanını işdə keçirə bilmək imkanının motivasiya olduğunu bildirir.
Hibrid iş müştərilərə, həmkarlara və ya evə daha yaxın işləmək azadlığı imkanı verir. Bu rejim həm ekologiyanı qoruyur, həm də daha sərfəlidir. Hibrid iş rejimi həm də ənənəvi ofislərdə olan yüksək əlavə məsrəflər və gözlənilməz texniki xidmət xərclərini azaltmağa, ehtiyaclara uyğun məkanları dəyərləndirməyə kömək edir. Bu, təkcə ətraf mühit üçün deyil, həm də onların sağlamlığı və rifahı üçün daha yaxşıdır. İş məkanlarında tullantıları azaltmağa və biznesin ətraf mühiti kirləndirməsini minimuma endirməyə də gətirib çıxarır.
Verilən tapşırıqların icra müddəti və icra keyfiyyəti ilə maraqlanan, nəticəyönümlü, yenilikçi, müasir tendesiyaları, işçi bağlılığını, məmnuniyyətini dəstəkləyən, işin keyfiyyətinin və səmərəliliyinin artırılması üçün tədbirlər həyata keçirməyi planlayan müəssisə rəhbərləri hibrid iş rejimi ilə işləməyə razı olur. Bütün günü işdə olmağı tələb etmək, gecikmələrə görə tənbeh etmək, ödənişsiz məzuniyyət yazdırmaq, iş olmadığı günləri hər hansı formada rəsmiləşdirmək və s. onlara maraqlı deyil. Belə rəhbərlər fikirləşir ki, harada olur-olsun işçilərlə əlaqə saxlaya bilir, iş yeri enerjili və sağlam mədəniyyətə malik olur. Hibrid iş yeri ənənəvi iş mədəniyyətini dəyişir, belə ki, iş yerində eyni zamanda az əməkdaş, az görüş, az “dedi-qodu”, ofisdə az xərc deməkdir. Hər gün işə getməyə ehtiyac yoxdur.
Beynəlxalq idarəetmədə müəssisə rəhbərlərinin daim inkişaf etməkdə olan iş dünyasının tələbləri ilə ayaqlaşması üçün hibrid iş mühiti ən uyğun seçim hesab edilə bilər. İşçilərin haradan çalışmasından asılı olmayaraq onlar üçün ədalətli mühit yaratmaq lazımdır.