-
5 Sual, 5 Cavab: CEO Baxışı
23 İyl
-
Toksik iş mühitinin gizli əlamətləri: Bəzən problem maaş deyil
06 İyl
-
“Boomerang Employee” nədir və şirkətlər niyə keçmiş əməkdaşlarını yenidən işə götürür?
17 İyn
-
Süni intellekt HR proseslərini dəyişir, amma insan toxunuşu hələ də niyə əvəzolunmazdır?
12 Noy
-
Rəhbər olmaq – səlahiyyət, yoxsa güzgü effekti?
13 Okt
-
Niyə Sizi Seçməliyik? - Müsahibələrin ən çətin sualı
23 Sen
-
İşçi Loyallığını Artırmaq üçün Qeyri-Maddi Təşviqlərin Rolu
16 Sen
-
Yeni Nəsil İşçilərlə Necə Uğurlu İş Qurmaq Olar? – Z və Alfa Nəsli İlə İşləməyin İncəlikləri
18 İyl
-
Namizəd Yaxşıdır, Bəs Şirkətə Uyğundurmu? – Cultural Fit və Cultural Add-ın İşə Qəbulda Rolu
24 İyn
-
Harvard Modeli: İnsan Resurslarının İdarə Olunmasında Strateji Yanaşma
29 May
-
Yeni İşçinin Uğurla Adaptasiyası Üçün 30-60-90 Günlük Plan
24 Apr
-
2025-ci ildə İşə Qəbul Trendləri: Nələri Gözləmək Lazımdır?
25 Mar
-
Davamlı öyrənmə: HR-lər üçün ən yaxşı onlayn resurslar
23 Fev
-
Emosional Zəka (EQ) və İş Yerindəki Təsiri
23 Fev
-
Komanda Ruhunun Gücü: Birlikdə Uğura Gedən Yolda
19 Fev
-
Motivasiya və İnkişaf: Liderlər üçün İR Təlimləri
02 Fev
-
Liderlik bacarıqlarını gücləndirmək: İnsan Resursları ilə effektiv əməkdaşlıq
27 Yan
-
Çevik Layihə İdarəetməsi (Agile Project Management)
09 Yan
-
Çevik Audit (Agile Auditing) Master Class – Auditorlar üçün Yeni Dövr!
09 Yan
-
Satış və Müştəri Münasibətləri İdarəetməsi Təlimi
06 Yan
-
Gizli istedadları kəşf etmək: HR-lərin uğur sirri
25 Dek
-
Güclü şirkət mədəniyyəti yaratmaq üçün əsas strategiyalar
06 Dek
-
"Soft skills" təlimlərinin HR sahəsində rolu
29 Noy
-
Employee Engagement nədir və onu necə artırmaq olar?
29 Noy
-
Məlumat əsaslı HR (Data-Driven HR): Gələcəyin İnsan Resursları yanaşması
19 Noy
-
"Quiet Quitting" anlayışı və onun HR üçün nəticələri
19 Noy
-
Daxili ünsiyyət kanallarını effektiv şəkildə necə idarə etmək olar?
14 Noy
-
İş Yerində Effektiv Ünsiyyət Bacarıqları
28 Okt
-
Diversity və İnklüzivlik: Şirkət Mədəniyyətində Əhəmiyyəti
28 Okt
-
Məhsuldarlığın Artırılması: Zamanın Effektiv İdarə Olunması
13 Okt
-
İş Yerində Stressin İdarə Edilməsi
13 Okt
-
Ofis Ergonomikası və Sağlam İş Şəraiti
13 Okt
-
HR Texnologiyaları: İşə Qəbulda Süni İntellektin (AI) Rolu
13 Okt
-
Strukturlaşdırılmış Müsahibə: Obyektiv və Ədalətli Seçim Yolu
07 Okt
-
Müsahibədə Davranış Əsaslı Sualların Gücü
29 Sen
-
Əmək Münasibətlərində Etik Qaydalar və İşəgötürənin Öhdəlikləri
26 Sen
-
İşçilərin Təlim və İnkişaf Proqramlarının Əhəmiyyəti
26 Sen
-
HR-da Performans İdarəetməsi və Geri Bildirim Strategiyaları
21 Sen
-
HR Texnologiyaları: İşə Qəbul və İşçi İdarəetməsində Avtomatlaşdırmanın Rolu
21 Sen
-
Yeni İşçilər Üçün Effektiv Onboarding Prosesləri
17 Sen
-
İşçi Bağlılığı və Motivasiya Yolları
16 Sen
-
İşə Qəbulda Psixometrik Testlərin Rolu
13 Sen
-
İşəgötürənlərin namizəddə axtardığı ən yaxşı bacarıqlar və keyfiyyətlər
07 Sen
-
İş görüşməsində uğurlu olmağınız üçün 30 məsləhət
30 Avq
-
Dinamik iş rejimində çalışacağıqmı?
22 Avq
-
Ölkəmizdə Rəqəmsal İnqilab: Elektron İmza və Sima ilə Əmək Müqaviləsinin imzalanması
21 Avq
-
Müsahibədə Uğur Qazanmağın 5 Effektiv Yolu
13 Avq
-
Müsahibədən uğurla keçməməyin 3 Səbəbi
12 Avq
-
Onlayn iş görüşməsi üçün tövsiyələr
08 Avq
-
Müsahibə zamanı "Brain Clicker" suallarının düzgün cavablandırılması: İpuçları və Strategiyalar
30 İyl
-
Menecer yoxsa Lider: Fərqlər və Uğura gedən yolda rolları
30 İyl
-
Ədalət və Bərabərlik: Fərqlər və Önəmi ( Equity vs Equality)
29 İyl
-
İşə Qəbul Texnologiyasından İstifadə: İşə Qəbulda İnnovativ Həllər
23 İyl
-
İşə Qəbul Komandasını İdarə Etmək və Mentorluq: Uğurlu Liderliyin Əsasları
22 İyl
-
"KPİ & Grading" sisteminin qurulmasi - Online Master Klass
03 May
-
Ödənişsiz Vebinar - "CV sənədimizi necə hazırlayaq?"
"CV sənədimizi necə hazırlayaq?"
02 May
-
"Bakı Bulvarı" restoranında yay sezonu açıldı!
30 Apr
-
HR-lar üçün 1C təlimi
18 Apr
-
"ƏMAS ilə sərbəst işlə" təlimi
15 Apr
-
Ramazan bayramınız mübarək olsun!
10 Apr
-
İş yerlərinə sağlamlıq haqqında arayış verilməsi ilə bağlı yenilik!
09 Apr
-
ƏMAS altsistemində İşəgötürənlərə yeni xəbərdarlıq!
15 Mar
-
İşçilərin ezamiyyə qaydaları
13 Mar
-
Əsas əmək məzuniyyətinin müddəti
27 Fev
-
Yeni ildə 7 gün iş olmayacaq
13 Dek
-
Noyabrda 5 gün ardıcıl iş olmayacaq
04 Noy
5 Sual, 5 Cavab: CEO Baxışı
Müasir iş dünyasında güclü liderlik, davamlı inkişaf və insan kapitalına investisiya təşkilatların uğurunun əsas təməlidir. Effektiv rəhbərlik yalnız düzgün qərarlar vermək deyil, həm də insanları inkişaf etdirmək, komandanı ortaq məqsədlər ətrafında birləşdirmək və gələcəyin liderlərini yetişdirmək bacarığıdır.
Bu dəfə umano.az-ın "5 Sual, 5 Cavab" formatında suallarımızı "EA RaD" LTD şirkətinin İcraçı Direktoru Dünya Qasımova cavablandırdı. Liderlik, kadr hazırlığı və peşəkar inkişaf mövzularında onun dəyərli fikirlərini təqdim edirik.
1.Yaxşı rəhbər doğulur, yoxsa yetişdirilir? Sizin təcrübəniz nə deyir?
- Mən hesab edirəm ki, insan müəyyən xarakter xüsusiyyətləri ilə doğula bilər. Məsələn, ünsiyyət bacarığı, təşəbbüskarlıq və ya insanlarla işləməyə meyl kimi keyfiyyətlər müəyyən üstünlük yarada bilər. Amma bunlar təkbaşına yaxşı rəhbər olmaq üçün kifayət deyil.
Yaxşı rəhbərlik davamlı öyrənmə, müxtəlif təcrübələr, uğursuzluqlardan nəticə çıxarmaq və insanların məsuliyyətini daşımağı öyrənməklə formalaşır. Mən müxtəlif dövlət qurumlarında, beynəlxalq şirkətlərdə və özəl sektorda çalışmış biri kimi görmüşəm ki, rəhbəri fərqləndirən əsas xüsusiyyət onun çətin vəziyyətlərdə verdiyi qərarlar, komandasına yanaşması və dəyişiklikləri idarə etmək bacarığıdır. Buna görə də düşünürəm ki, yaxşı rəhbərlər əsasən yetişdirilir.
2.Son illərdə işə qəbul zamanı namizədlərdə ən çox hansı bacarığın çatışmadığını müşahidə edirsiniz?
- Mənim müşahidəmə görə, bu gün namizədlərin əksəriyyətində texniki biliklər əvvəlki illərlə müqayisədə daha yaxşıdır. İnformasiya əlçatandır və yeni bacarıqları öyrənmək daha asanlaşıb.
Lakin ən çox çatışmayan məqam məsuliyyət hissi, analitik düşüncə, təşəbbüskarlıq və effektiv ünsiyyətdir. Bir çox namizəd vəzifə təsvirində yazılanları yerinə yetirməyə fokuslanır, amma əlavə dəyər yaratmaq, problemi əvvəlcədən görmək və həll təklif etmək bacarığı hər kəsdə olmur.
Mən hesab edirəm ki, gələcəyin ən uğurlu əməkdaşları təkcə tapşırıq icra edənlər deyil, həm də düşünən, təşəbbüs göstərən və biznesə töhfə verən insanlar olacaq.
3.Şirkətinizdə gələcək rəhbərləri yetişdirmək üçün hansı yanaşmalardan istifadə edirsiniz?
- Mən liderliyin yalnız nəzəri təlimlə formalaşdığına inanmıram. Əsl rəhbərlər real iş prosesində yetişirlər.
Buna görə də gələcək rəhbərlərə erkən mərhələdə məsuliyyət vermək, onları qərarvermə prosesinə cəlb etmək, layihələrin idarə olunmasına imkan yaratmaq və mentorluq dəstəyi göstərmək çox vacibdir. Eyni zamanda, konstruktiv geribildirim və davamlı inkişaf planı liderlik potensialını üzə çıxarmağa kömək edir.
Mənim üçün rəhbər yetişdirmək yalnız bugünkü ehtiyacı qarşılamaq deyil, təşkilatın gələcəyinə edilən strateji investisiyadır.
4.Süni intellektin (AI) sürətlə inkişaf etdiyi dövrdə əməkdaşların hansı bacarıqlara investisiya etməsi vacibdir?
- Süni intellekt bir çox texniki və təkrarlanan işləri daha sürətli və daha dəqiq yerinə yetirə bilir. Buna görə də gələcəkdə insanları fərqləndirəcək əsas üstünlük yalnız texniki bilik olmayacaq.
Mən hesab edirəm ki, əməkdaşlar ilk növbədə tənqidi düşüncə, strateji baxış, yaradıcılıq, emosional intellekt, dəyişikliklərə uyğunlaşma və effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər. Bununla yanaşı, AI alətlərindən düzgün istifadə etməyi öyrənmək də artıq seçim deyil, zərurətə çevrilib.
Gələcəkdə AI insanları əvəz etməyəcək. AI-dən istifadə etməyi bacaran insanlar, istifadə etməyən insanların yerini tutacaq.
5.Bir gənc mütəxəssis sizdən yalnız bir karyera məsləhəti istəsəydi, ona nə deyərdiniz?
- Mən ona deyərdim ki, ilk illərdə maaşdan və vəzifədən daha çox öyrənəcəyiniz mühitə investisiya edin. Çünki karyeranın ilk mərhələsində qazandığınız bilik, təcrübə və peşəkar reputasiya gələcək illərdə sizə ən böyük dividendi verəcək.
Həmçinin çalışın ki, insanlar sizi yalnız diplomunuz və ya vəzifənizlə deyil, etibarlılığınız, məsuliyyətiniz və nəticələrinizlə tanısınlar. Güclü reputasiya illərlə qurulur, amma düzgün qurulduqda bütün karyera boyunca sizin ən dəyərli kapitalınız olur.
Mən həmişə inanıram ki, vəzifələr dəyişə bilər, şirkətlər dəyişə bilər, amma insanın peşəkarlığı, etik dəyərləri və yaratdığı etibar onunla hər zaman birlikdə qalır. Bu isə uzunmüddətli uğurun ən möhkəm təməlidir.
Dəyərli fikirlərini və təcrübəsini bizimlə bölüşdüyü üçün Dünya Qasımovaya təşəkkür edirik.