-
Davamlı öyrənmə: HR-lər üçün ən yaxşı onlayn resurslar
23 Fev
-
Emosional Zəka (EQ) və İş Yerindəki Təsiri
23 Fev
-
Komanda Ruhunun Gücü: Birlikdə Uğura Gedən Yolda
19 Fev
-
Motivasiya və İnkişaf: Liderlər üçün İR Təlimləri
02 Fev
-
Liderlik bacarıqlarını gücləndirmək: İnsan Resursları ilə effektiv əməkdaşlıq
27 Yan
-
Çevik Layihə İdarəetməsi (Agile Project Management)
09 Yan
-
Çevik Audit (Agile Auditing) Master Class – Auditorlar üçün Yeni Dövr!
09 Yan
-
Satış və Müştəri Münasibətləri İdarəetməsi Təlimi
06 Yan
-
Gizli istedadları kəşf etmək: HR-lərin uğur sirri
25 Dek
-
Güclü şirkət mədəniyyəti yaratmaq üçün əsas strategiyalar
06 Dek
-
"Soft skills" təlimlərinin HR sahəsində rolu
29 Noy
-
Employee Engagement nədir və onu necə artırmaq olar?
29 Noy
-
Məlumat əsaslı HR (Data-Driven HR): Gələcəyin İnsan Resursları yanaşması
19 Noy
-
"Quiet Quitting" anlayışı və onun HR üçün nəticələri
19 Noy
-
Daxili ünsiyyət kanallarını effektiv şəkildə necə idarə etmək olar?
14 Noy
-
İş Yerində Effektiv Ünsiyyət Bacarıqları
28 Okt
-
Diversity və İnklüzivlik: Şirkət Mədəniyyətində Əhəmiyyəti
28 Okt
-
Məhsuldarlığın Artırılması: Zamanın Effektiv İdarə Olunması
13 Okt
-
İş Yerində Stressin İdarə Edilməsi
13 Okt
-
Ofis Ergonomikası və Sağlam İş Şəraiti
13 Okt
-
HR Texnologiyaları: İşə Qəbulda Süni İntellektin (AI) Rolu
13 Okt
-
Strukturlaşdırılmış Müsahibə: Obyektiv və Ədalətli Seçim Yolu
07 Okt
-
Müsahibədə Davranış Əsaslı Sualların Gücü
29 Sen
-
Əmək Münasibətlərində Etik Qaydalar və İşəgötürənin Öhdəlikləri
26 Sen
-
İşçilərin Təlim və İnkişaf Proqramlarının Əhəmiyyəti
26 Sen
-
HR-da Performans İdarəetməsi və Geri Bildirim Strategiyaları
21 Sen
-
HR Texnologiyaları: İşə Qəbul və İşçi İdarəetməsində Avtomatlaşdırmanın Rolu
21 Sen
-
Yeni İşçilər Üçün Effektiv Onboarding Prosesləri
17 Sen
-
İşçi Bağlılığı və Motivasiya Yolları
16 Sen
-
İşə Qəbulda Psixometrik Testlərin Rolu
13 Sen
-
İşəgötürənlərin namizəddə axtardığı ən yaxşı bacarıqlar və keyfiyyətlər
07 Sen
-
İş görüşməsində uğurlu olmağınız üçün 30 məsləhət
30 Avq
-
Dinamik iş rejimində çalışacağıqmı?
22 Avq
-
Ölkəmizdə Rəqəmsal İnqilab: Elektron İmza və Sima ilə Əmək Müqaviləsinin imzalanması
21 Avq
-
Müsahibədə Uğur Qazanmağın 5 Effektiv Yolu
13 Avq
-
Müsahibədən uğurla keçməməyin 3 Səbəbi
12 Avq
-
Onlayn iş görüşməsi üçün tövsiyələr
08 Avq
-
Müsahibə zamanı "Brain Clicker" suallarının düzgün cavablandırılması: İpuçları və Strategiyalar
30 İyl
-
Menecer yoxsa Lider: Fərqlər və Uğura gedən yolda rolları
30 İyl
-
Ədalət və Bərabərlik: Fərqlər və Önəmi ( Equity vs Equality)
29 İyl
-
İşə Qəbul Texnologiyasından İstifadə: İşə Qəbulda İnnovativ Həllər
23 İyl
-
İşə Qəbul Komandasını İdarə Etmək və Mentorluq: Uğurlu Liderliyin Əsasları
22 İyl
-
"KPİ & Grading" sisteminin qurulmasi - Online Master Klass
03 May
-
Ödənişsiz Vebinar - "CV sənədimizi necə hazırlayaq?"
"CV sənədimizi necə hazırlayaq?"
02 May
-
"Bakı Bulvarı" restoranında yay sezonu açıldı!
30 Apr
-
HR-lar üçün 1C təlimi
18 Apr
-
"ƏMAS ilə sərbəst işlə" təlimi
15 Apr
-
Ramazan bayramınız mübarək olsun!
10 Apr
-
İş yerlərinə sağlamlıq haqqında arayış verilməsi ilə bağlı yenilik!
09 Apr
-
ƏMAS altsistemində İşəgötürənlərə yeni xəbərdarlıq!
15 Mar
-
İşçilərin ezamiyyə qaydaları
13 Mar
-
Əsas əmək məzuniyyətinin müddəti
27 Fev
-
Yeni ildə 7 gün iş olmayacaq
13 Dek
-
Noyabrda 5 gün ardıcıl iş olmayacaq
04 Noy
Müsahibədə Uğur Qazanmağın 5 Effektiv Yolu

Bir iş görüşməsinə hazırlaşarkən diqqət yetirməli olduğunuz bir çox mühüm məqam var. Xüsusilə işlə bağlı nümayiş etdirəcəyiniz davranış, işə qəbul olub-olmamağınızla bağlı əsas amillərdən biridir. Bəs, görüşmənin gedişatını müsbət istiqamətdə dəyişmək və müsahibəni lehinə çevirmək üçün nələr etməlisən?
İşəgötürənlər, adətən iş görüşməsi zamanı namizədin komandaya qatacağı dəyəri görmək istəyirlər. Buna görə də namizəd olaraq işinlə bağlı həqiqi bir peşəkar olduğunu nümayiş etdirməlisən.
Nələr etməlisən?
Dəyərini bil və bunu göstər:
Əgər yeni bir işəgötürəni iş üçün ən yaxşı namizəd olduğunu inandırmaq istəyirsənsə, əvvəlcə özün buna inanmalısan. Öz dəyərini bildiyin zaman, təcrübələrini daha çox özünə güvənərək danışmağa başlayacaqsan. Həyata keçirdiyin bütün işləri ətraflı şəkildə tərcümeyi-halına (CV) yazmaqla ilk addımı ata bilərsən. Əgər karyerada dəyişiklik etmək niyyətindəsənsə, keçmiş təcrübələrindən yeni vəzifəyə uyğun olanları ön plana çıxarmağın daha ağıllı bir seçim olacaqdır.
Müsahibəyə hazır get:
Texnologiyadan uzaq bir sahədən proqramlaşdırma tələb edən bir işə keçirsən? Keçdiyin onlayn kurslara aid sertifikatları asanlıqla görmək üçün CV-yə link əlavə edə bilərsən. Əgər dizaynersənsə, görüşmə öncəsi portfolionu link vasitəsilə paylaşa bilərsən və ya özünlə bir tablet gətirərək işəgötürənə təqdim edə bilərsən.
Sübut təqdim et:
İş üçün uyğun olduğunu göstərməyin digər yolu bunu sübutlarla dəstəkləməkdir. Təcrübələrini nümunələrlə gücləndirərək daha təsirli bir davranış nümayiş etdirə bilərsən.
Müəllimlik etmək üçün müraciət edirsən, lakin rəsmi olaraq müəllimlik təcrübən yoxdur? Rol üçün nə etməyi planladığını əsas götürərək bir tədris planı hazırlaya bilərsən. Çox az təcrübən olmasına baxmayaraq, qrafik dizayn işi ilə maraqlanırsan? Müraciət etdiyin şirkət üçün bir neçə nümunə məhsul hazırlaya bilərsən. İctimaiyyət qarşısında danışma və sosial yardım tələb edən bir vəzifə ilə bağlı görüşürsən? Bu halda qısa, lakin güclü bir mesaj verdiyin videonu paylaşa bilərsən. Ümumilikdə, keçmişdəki uğurlarına əsaslanaraq işəgötürənə dəyərini necə göstərə biləcəyini yaradıcı şəkildə düşünməlisən.
Çatışmazlıqlarını qəbul et:
Hər şeyi bilmədiyini qəbul etməkdə heç bir problem yoxdur. Əksinə, bu həmişə qarşı tərəf üçün daha inandırıcıdır; lakin sərhədləri də bilmək lazımdır. Çətin bir sual verildikdə, sadəcə "Bilmirəm" və ya "Bunu heç etməmişəm" deməməlisən. Bilmədiyini ifadə edərkən, təcrübəli olduğun başqa bir şeyə diqqəti yönəltməyin daha yumşaq bir cavab verməyini təmin edəcəkdir.
Bəlkə mühəndis kimi çalışırsan, amma idarəçilik roluna keçmək istəyirsən... Lakin büdcə təcrübən yoxdur. Belə cavab verə bilərsən: “Hazırkı rolum, büdcəni idarə etmək üçün tələb olunan eyni riyazi səriştəni və detallara böyük diqqət yetirilməsini tələb edir. Buna görə mövcud bacarıqlarıma əsaslanaraq, çatışmazlıqlarımı tez bir zamanda aradan qaldıra biləcəyimə inanıram.”
Mümkün suallara hazırlaş:
Sonda, iş dəyişikliyinin səbəbini necə izah edəcəyini əvvəlcədən hazırlamış olmalısan. Bu mövzuda sual mütləq gələcək və inandırıcı bir cavab verməyin vacibdir.
İnsanlar bu qərarı müxtəlif səbəblərə görə alırlar. Bəlkə işdən çıxarılmısan və ya çalışdığın sahənin gələcəkdə qalmaq istəyəcəyin bir sahə olmadığını anlamısan. Mənfi davranış nümayiş etdirən bir rəhbər, gələcəyi görə bilməmək və s. səbəblər səni bu qərarı almağa məcbur etmiş ola bilər; lakin qərarın mənfi bir səbəbə əsaslanırsa, bunu tam açıqlığı ilə izah etmək məcburiyyətində deyilsən. Müsbət bir baxışla ümumi ifadələrdən istifadə edə bilərsən.
"Universal" bir işçi olduğunu düşünürsənsə, bunu mütləq izah etməlisən. Bacarıqların və təcrübən bir neçə işə uyğunlaşdırıla bilər. Dəyərini nə qədər dəqiq ifadə edə bilsən, şansını da bir o qədər artırarsan.